Modern.az

Putinin reytinqi 82%-ə çatdı

Putinin reytinqi 82%-ə çatdı

Aktual

28 Oktyabr 2016, 12:35

Rusiya prezidenti Vladimir Putinin reytinqi avqust ayından bəri 3,1% artıb və 81,8%-ə çatıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi məlumat açıqlayıb.

 

Sorğu göstərir ki, nəinki prezident, həmçinin Duma və Federasiya Şurasının da reytinqi artıb. Belə ki, hökumətə etibar edənlərin sayı 58,3%-ə, Dumaya inananların sayı 45,5%-ə və Federasiya Şurasına etibar edənlərin sayı 46,4%-ə çatıb.

 

Vüqar İSMAYILOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!