Modern.az

“Azərbaycan öz din mütəxəssislərindən istifadə etməlidir”

“Azərbaycan öz din mütəxəssislərindən istifadə etməlidir”

28 Oktyabr 2016, 13:17

“Cinayət Məcəlləsindəki dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alır”.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb:

“Azərbaycanda 2166 məscid var, onun da 1600-ü daimi fəaliyyət göstərir. Həmin şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün həm Bakı Dövlət Universitetində İlahiyat fakültəsi, həm də İslam Universiteti fəaliyyət göstərir ki, ölkəmiz bu ali məktəblər vasitəsilə öz mütəxəssislərini yetişdirir. Azərbaycan öz dini mütəxəssislərindən istifadə etməlidir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq”.

Deputat bildirib ki, bu detalların hamısı 11 qanunda öz əksini tapıb.

 

"Burada Fazil Mustafanın qaldırdığı məsələlərin əksəriyyəti var. Bizim təqdim edəcəyimiz “Dini etiqad azadlığı haqqında” qanunda da göstərilib ki, dini qurumlar hansı hallarda ləğv edilə bilər. Əgər hansısa qurum dini ekstrimizimlə məşğul olursa, onun fəaliyyəti avtomatik olaraq ləğv olunur. Bütün bunlar bizim qanun layihələrində var.

Qanunvericilikdə də göstərilib ki, informasiyalar hansı miqdarda hansı hallarda hansı formada gedə bilər. Əks halda onların fəaliyyəti dayandırılacaq”.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir