Modern.az

“Azərbaycan” Nəşriyyatının ayaqyolu problemi... bu il də həll olunmayacaq

“Azərbaycan” Nəşriyyatının ayaqyolu problemi... bu il də həll olunmayacaq

28 Oktyabr 2016, 13:24

“Azərbaycan” Nəşriyyatının binasında yerləşən ayaqyolunda  problem var. Amma dəhşətli dərəcədə deyil”.

Bunu Modern.az-a açıqlamasında nəşriyyatın Təsərrüfat şöbəsinin rəisi Etibar Hümbətov ayaqyolunda yaranan problemə aydınlıq gətirərkən deyib.

O, nəşriyyatdakı ayaqyolu probleminin gələn il həll olunacağını da istisna etməyib.

“Biz demirik ki, nəşriyyatın ayaqyolu problemi qaydasındadır. Çünki bina köhnədir. Köhnə tikililərdə də belə problemlər olur. Sadəcə olaraq, müəyyən vəsait lazımdır ki, yaranan problem yoluna qoyulsun. 2017-ci ildə “Azərbaycan” Nəşriyyatının binasının təmir olunması nəzərdə tutulub. Əgər vəsait imkan verərsə, bütün nəşriyyatın binası təmir olunacaq. Vəsait imkan verməsə belə, ayaqyolu məsələsi mütləq həll olunacaq”.

“Azərbaycan” Nəşriyyatında çalışanlar ayaqyolunda yaranmış bərbad mənzərədən narazılıq edirlər.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır