Modern.az

Ermənistan müxalifəti vahid gücə çevrilə bilər

Ermənistan müxalifəti vahid gücə çevrilə bilər

Dünya

28 Oktyabr 2016, 13:32

Ermənistanda müxalifəti vahid güc mərkəzinin formalaşdırılmasına ehtiyac var. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bunu oktyabrın 28-də parlamentdəki ənənəvi brifinqdə Erməni milli konqresinin fraksiya rəhbəri Levon Zurabyan bəyan edib.

Onun sözlərinə görə, müxalifətin birləşməsi məsələsi açıq-aşkar həll edilə bilməz.

“Bu cür məsələlər siyasi qüvvələr arasındakı danışıqlar vasitəsilə həll olunur. Ciddi siyasi qüvvələrdən hələ ki heç bir reaksiya olmayıb. Bizim belə gözləntimiz də yoxdur. Təbii ki, müxalifət qütbünün formalaşdırılması vəzifəsi var və bunun nəticəsində ölkədəki situasiya yenidən “qara və ağ” rəngdə görünəcək”, - Zurabyan qeyd edib.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!