Modern.az

Deputat Qafqaz Müsəlmanları İdarəsinin nəzir pullarını hara xərclədiyini AÇIQLADI

Deputat Qafqaz Müsəlmanları İdarəsinin nəzir pullarını hara xərclədiyini AÇIQLADI

28 Oktyabr 2016, 14:02

"Nəzir qutularından o qədər də vəsait toplanmır. Bu pullar Qafqaz Müsəlmanları İdarəsinə daxil olur. Çünki bu qurum dövlətdən maliyyələşmir".

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi də bu pulla yardıma ehtiyacı olanlara, Həccə getmək istəyənlərə kömək edir.

 

S. Novruzov dini icmaların fəaliyyətinə də toxunub. Deputat bildirib ki, vaxtilə komitəyə rəhbərlik etmiş şəxslər tərəfindən 719 dini icma qeydiyyatdan keçib: “Hələ keçməyən nə qədər icma da var. Hansı icma ekstremist fəaliyyət göstərəcəksə, dərhal bağlanacaq. Bu gün kimsə evlərdə bu cür fəaliyyətlə məşğul olur. Biz elə iş aparmalıyıq ki onların fəaliyyəti dayandırılsın”.

 

Deputat  Zahid Oruc isə çıxışında nəzir qutularından yığılan pulların şəffaf xərclənilməsi məsələsinin vacibliyinə toxunub.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir