Modern.az

Silah alverçisi yaxalandı

Silah alverçisi yaxalandı

28 Oktyabr 2016, 14:28

Rusiyada azərbaycanlı silah alverçisi həbs edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Smolenskdə bərbər çalışan həmyerlimiz “Beretta” markalı tapança daxil olmaqla iki ədəd tapança əldə edib. Həmin silahları isə həmkarı ilə birlikdə 50 min rubla satıb.

 

O, həmçinin iki əldəqayırma tapança və dörd patron alıb. Aldığı silahı isə Kaluqa sakininə 47 min rubla satıb. Bundan başqa saxlanılan həmyerlimiz bir ədəd Naqan, 37 ədəd kiçik çaplı patron, 53 ədəd yivli tapança və küstar üsulla hazırlanmış travmatik tapançaların satışında ittiham edilib.

 

Məlumatda bildirilib ki, azərbaycanlı silah alverçisi FTX əməkdaşları tərəfindən saxlanılıb. Onun evində aparılan axtarış nəticəsində “PM” tapançası və ona aid 8 ədəd patron, polşa istehsalı “Kalaşnikov” avtomatı, Çexiya istehsalı müxtəlif silahlar, odlu silahların əsas hissələrinə aid ehtiyat hissələri və müxtəlif çaplı 90 ədəd patron aşkar edilərək götürülüb.

 

Həmyerlimizin  həmçinin evində axtarış zamanı polisdən gizlənmək üçün saxta pasport da tapılıb. Adı açıqlanmayan azərbaycanlı məhkəmə qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib və 20 min rub miqdarında cərimə olunub.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır