Modern.az

Azərbaycan və Belarus prezidentləri gələn ay görüşəcək

Azərbaycan və Belarus prezidentləri gələn ay görüşəcək

28 Oktyabr 2016, 14:34

Belarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixlərində Azərbaycan prezidenti İlham Əliyev ilə görüşməyi planlaşdırır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.

 

Aleksandr Lukaşenko Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov ilə görüşü zamanı İlham Əliyevlə 28-29 noyabr tarixlərində görüşmək barədə razılığa gəldiyini deyib.

 

“Bu görüş xatirinə görə də heç nəyi dəyişmirik, heç nəyi təxirə salmırıq”.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu