Modern.az

Deputatlar əhalini sakitləşdirdilər: “Kürün daşma ehtimalı yoxdur”

Deputatlar əhalini sakitləşdirdilər: “Kürün daşma ehtimalı yoxdur”

28 Oktyabr 2016, 14:38

Bir neçə gün bundan əvvəl intensiv şəkildə yağışların yağması nəticəsində bir çox çaylarda suyun səviyyəsinin qalxması müşahidə olunub. Hətta bəzi çaylarda suyun səviyyəsinin qalxması rayonlarda müəyyən fəsadlara yol açıb.

 

Bununla bağlı Modern.az-a Milli Məclisin Sabirabad rayonundan olan deputatı Rüstəm Xəlilov açıqlama verib.

Deputatı deyib ki, Kür çayının daşma ehtimalı yoxdur.

 

“Çay normal axını ilə axır. Nəinki Kür çayının Sabirabad rayon ərazisindən keçən hissəsində, hətta bütün keçdiyi ərazilərdə də daşma ehtimalı demək olar ki, yoxdur”.

 

Rüstəm Xəlilov  həmçinin  qeyd edib ki, yağışların da intensiv yağması insanların həyat tərzinə də heç bir təsir göstərməyib.

“Rayonda əvvəlki yaşam tərzi davam edir. Daşqınların olması ilə bağlı da heç bir təhlükə yoxdur”.

 

Milli Məclisin Saatlı rayonundan olan deputatı Əflatun Amaşov bildirib ki, o, mütəmadi olaraq rayon rəhbərliyi ilə əlaqə saxlayır.

“Kür çayı Saatlı rayonunun kənarından keçir. Ona görə də hər hansı təhlükənin olma ehtimalı yoxdur”.

Əflatun Amaşov  bildirib ki, ümumiyyətlə, Kür çayında daşqınlar olan zamanlarda da, Saatlı rayonuna ciddi təsir göstərməyib.

Deputat həmçinin qeyd edib ki, intensiv şəkildə yağışların yağması nəticəsində rayonda hər hansı fəsad qeydə alınmayıb.

“ İnsanların yağışdan zərər çəkməsi barədə də hər hansı şikayət olmayıb”.


Mirmahmud KAZIMOĞLU

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi