Modern.az

Rektor: “Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətini monitorinq etməkdir”

Rektor: “Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətini monitorinq etməkdir”

28 Oktyabr 2016, 14:47

Oktyabrın28-dəAzərbaycanDövlətİqtisadUniversitetinin(UNEC)rektoru, professorƏdalət Muradov keyfiyyət elçiləri ilə görüşüb.

 

Rektor bildirib ki, UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər davam etdirilir. Prosesin daha səmərəli təşkili və bu sahədəki mövcud problemlərin müəyyən edilməsində keyfiyyət elçilərinin rolu danılmazdır.“Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətini monitorinq etməkdir”,deyən rektor bildirib ki, xüsusi olaraq müəllimlərin Elektron UniversitetModelindən istifadəsəviyyəsi və şəxsi kabinetlərətədris vəsaitlərinin yüklənilməsinə diqqət etmək lazımdır.Ehtiyac yaranacağı təqdirdə müəllimlərə Elektron Universitet Modeli ilə bağlı təlimlər təşkil oluna bilər.Görüşdə auditoriyalarda Elektron tribunanın dərsdən əvvəl işlək vəziyyətə gətirilməsi məsələsinə də diqqət çəkilib. Bu işin qrup nümayəndələrinə həvalə edilməsi təklif edilib.

 

Görüşdə həmçinin müəllimlərin peşəkar fəaliyyətlərinin təkmilləşdirilməsi istiqamətində “Qış məktəbi” formatında təlimlərin keçiriləcəyi bildirilib.

 

Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktoru,dosent Raqif Qasımov keyfiyyət elçilərinin tədris vəsaitlərinin, mühazirə mətnlərinin, test tapşırıqlarının və s. monitorinqini də həyata keçirərək, tədris vəsaitlərinin dünya standartlarına uyğunlaşdırılması istiqamətində layihə təklifi ilə çıxış edib.

 

Bildirilib ki, keyfiyyət elçiləri üçün xüsusi fərqləndirici nişanlar hazırlanacaq. Onlar UNEC-in bütün tədris binalarında monitorinqlərkeçirəcək.UNEC-in Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də monitoriqlərin keçirilməsi nəzərdə tutulub.

Sonda UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi ilə bağlı keyfiyyət elçilərinin təklifləri dinlənilib.

 

Modern.az                                                                                     

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir