Modern.az

Oturaq həyat insanları ölümə aparır – FAKTLAR

Oturaq həyat insanları ölümə aparır – FAKTLAR

28 Oktyabr 2016, 16:00

XX əsrdə texnoloji inkişaf insanların gündəlik həyat tərzinə əhəmiyyətli təsir göstərdi. İnsalar daha az fiziki hərəkət etməyə başladılar, ofis işləri, telefon vasitəsilə yemək sifarişi, fiziki işi əvəz edən qurğular və s. gündəlik həyat qayğılarını azaltsa da, insanları passiv həyat tərzi sürməyə vadar etdi.

Modern.az oturaq həyatın fəsadları barədə informasiyanı təqdim edir.

 

Oturaq həyat tərzi insan ömrünü qısaldan əsas amillərdən biridir. Elim araşdırmalar sübut edir ki, gündə 8 saat kompyuter qabağında oturmaq insane həyatını 15%, 11 saat oturmaq isə 40%-ə qədər qısaldır.

 

Onurğa ağrıları, ürək-damar xəsətikləri və bağırsaq xərçəngi oturaq həyatın gətirdiyi fəsadların yalnız bir hissəsidir. Xüsusən, kişilərdə qarın çıxması, “ikinci ürək” sayılan prostatda problemlərin yaranması sonradan daha ciddi problemlərə çevrilə bilər. Osteoxondroz, radikulit, babasil KİMİ xəsətəliklər də oturaq həyatın mənfi amillərindən sayılır.

 

Əgər işinizin tərzi oturmağı tələb edirsə, mənfi fəsadları azaltmaq üçün müəyyən addımlar atmaq olar. Məsələn, iş yoldaşınız hər hansı informasiyanı electron poçtla deyil, şəxsən yaxınlaşaraq çatdırın. İş stolunuzda həmişə su olsun. Çünki su orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Həmçinin günorta yeməyindən sonra gəzinti və stulunuzun 3 saatdan bir arxaya-qabağa dəyişməklə əzələlərinizi və qan dövranını aktivləşdirə bilərsiniz.

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir