Modern.az

Azərbaycanın referendumdan sonrakı yeni Konstitusiyası çap olundu - ÖZƏL

Azərbaycanın referendumdan sonrakı yeni Konstitusiyası çap olundu - ÖZƏL

Ölkə

28 Oktyabr 2016, 16:10

Azərbaycan Respublikasının Konstitusiyası bu il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələri əsasında redaktə olunaraq, yenidən çap edilib.


Modern.az saytının əldə etdiyi məlumata görə, ölkə Konstitusiyasının redaktə olunmuş yeni variantı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.


Qeyd edək ki, 26 sentyabr tarixli referendum nəticəsində Konstitusiyanın 29 maddəsində 39 əlavə və dəyişiklik edilib.


Referendumla Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 ilə qədər artırılıb. Bundan başqa, Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün minimum yaş həddi 35-ə endirilib.

Referendumla Azərbaycanda birinci vitse-prezident və vitse-prezident vəzifələri təsis olunub.

Həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi hüququ verilib.

Bundan əlavə, vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddi 25-dən 18-ə endirilib.

 

Ağa Akifoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır