Modern.az

Milli Məclis prezidentin gömrüklə bağlı  təqdimatını TƏSDİQLƏDİ

Milli Məclis prezidentin gömrüklə bağlı  təqdimatını TƏSDİQLƏDİ

28 Oktyabr 2016, 16:44

 

Bu gün Milli Məclisin plenar iclasında Gömrük Məcəlləsinə müzakirəyə çıxarılıb.

Modern.az-ın xəbərinə görə, Azərbaycan prezidentinin təqdimatı ilə Gömrük Məcəlləsinə 13-1, 93.4 və 101.5 maddələrinin əlavə edilməsi təklif olunur.

 

Dəyişiklikdə Azərbaycanda malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə bağlı qanunvericilikdə yeni sistemin tətbiqi təsbit olunur. Təklif olunan 13-1 maddəsinə görə, gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı buraxılış sistemləri tətbiq olunur. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Təklif olunan 93.4-cü maddədə bildirilir ki, gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir. Maddə 101.5-də isə bildirilir ki, "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Layihə səsə qoyularaq qəbul edilib.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?