Modern.az

Komitə sədri dopinq əleyhinə qanun layihəsi HAQDA

Komitə sədri dopinq əleyhinə qanun layihəsi HAQDA

28 Oktyabr 2016, 19:00

Milli Məclisin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” qanun layihəsi müzakirəyə çıxarılıb.

 

Modern.az-ın xəbərinə görə, birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsi haqqında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

 

Komitə sədri bu gün Azərbaycanda idmana dövlət qayğısından da danışıb:

“Bu gün ölkə rəhbərliyinin, cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bütün sahələr olduğu kimi Azərbaycan idmanda da böyük uğurlar əldə edib.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətyin uğurlu davamının nəticəsidir ki, gənclərimiz ölkədə icitmai-siyasi həyatda fəal iştirak edərək beynəlxalq miqyasda böyük uğurlar əldə edirlər.

Bu gün ölkəmiz böyük idman ölkələrinin diqqətini cəlb edir. Bunun məntiqi nəticəsi olararaq qanunvericilik bazasını təkmilləşdirmək və beynəlxalq normalara uyğunlaşdırılmalıdır”.

 

F.Muradov söyləyib ki, Azərbaycanda dopinqlə mübarizə haqqında ayrıca qanun yoxdur. F.Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

 

Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər layihədə əksini tapıb. Qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir.

 

Deputat bildirib ki, Azərbaycanda dopinqlə mübarizə sahəsində qanunvericilik bazası olmadığı üçün problemlər vardı və bu layihə bunu aradan qaldıracaq.

 

Komitənin dopinq problemini araşdırdığını bildirən F. Muradov qeyd edib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə, hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

 

F. Muradov əlavə edib ki, qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, bu zaman aşkarlanmış pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər öz əksini tapıb.

 

Komitə sədrinin sözlərinə görə, qanun layihəsinə əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Eyni zamanda, bu agentlik nəzdində Apelyasiya Komissiyasının, İdman Arbitrajının yaradılması təklif edilir.

F. Muradov hesab edir ki, bu, problemli hallarda idmançılara öz hüquqlarını qorumağa yardım edə bilər.

Layihə səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır