Modern.az

Amerikalı mütəxəssislər Bakıda Trampı “VURDU”

Amerikalı mütəxəssislər Bakıda Trampı “VURDU”

28 Oktyabr 2016, 17:27

Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ABŞ-da prezident seçkiləri mövzusunda tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir Azərbaycan Dillər Universitetindəki Bakı Amerika Mərkəzində olub.

Tədbirdə professor Ceyms Thurber və xanım Klaudiya Thurberi çıxış edib.

 

“Tramp belə bir fikir yayıb ki prezident seçilməsəm ABŞ-dakı seçkiləri tanımayacam”.

Bunu amerikalı hüquqşünas Klaudiya Thurberi deyib. O bildirib ki, bu çıxışına görə  hətta Donald Trampı Respubilkaçılar partiyasından da tənqid ediblər.

 

“Mən də düşünürəm ki,  Hillari Klinton ABŞ-ın gələcək prezidentidir”

Donald Trampı çılpaq at belində görsəniz, bilin ki Putinlə eyni şeydir.

Bunu isə  Ceyms Thurber deyib.

O bildirib ki, amerikalılar Rusiya prezidenti Vladimir  Putini yaxşı lider kimi qəbul etmir.

“Trampın Putin haqqında dedikləri isə ona mənfi təsir göstərdi və onu nüfuzdan saldı”.

O  qeyd edib ki, Tramp ABŞ prezidenti seçilməyəcək

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi