Modern.az

Eldar Mahmudovun “Akula”sı İspaniyada həbs edildi

Eldar Mahmudovun “Akula”sı İspaniyada həbs edildi

28 Oktyabr 2016, 17:51

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın şəxslərdən biri olan iş adamı "Akula Akif” ləqəbli Akif Mustafayev həbs edilib. 

 

Modern.az haqqın.az-a istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq Akif Mustafayev İspaniya polisi tərəfindən ələ keçirilib.

 

Qeyd edək ki, A.Mustafayev oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə, oradan da İspaniyaya getmişdi.

 

"Qafqazinfo”nun məlumatına görə,  Azərbaycan tərəfi ötən ilin dekabr ayından "Akula Akif”i "İnterpol” vasitəsilə qırmızı xətlə axtarışa vermişdi.

 

1955-ci il iyulun 18-də anadan olan Mustafayev Akif İsmayıl oğlunun "İnterpol”un saytında rüşvətxorluğa görə axtarıldığı qeyd olunub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir