Modern.az

"Dünyəvi ali təhsili olanların dini təhsil alması daha məqsədə uyğundur”

"Dünyəvi ali təhsili olanların dini təhsil alması daha məqsədə uyğundur”

28 Oktyabr 2016, 18:45

"Dünyəvi ali təhsili olmayan şəxslərin 18 yaşında ilahi fəlsəfə ilə tanış olması bir qədər tezdir". Bu fikri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında dini ekstremizmə qarşı paket qanun layihələrinin müzakirəsində çıxışı zamanı deyib.

 

H.Babaoğlu bildirib ki, dünyəvi ali təhsili olanların xaricdə və ölkəmizdə ali dini təhsil alması daha məqsədəuyğundur. Onun fikrincə, məsələ ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etmək olar.

 

"Bəlkə qanunlara dəyişikliklər edək ki, ali təhsili olan şəxs xaricdə və ölkədə ali dini təhsil ala bilər. Çünki həmin insanlar əvvəlcə   dünyəvi  fəlsəfə ilə tanış olsunlar ki, hansısa dini radikal qüvvələr  onların şüuru ilə manipulyasiya etməsin və hansısa ideologiyanın təsiri altına sala bilməsin"- deyə, millət vəkili vurğulayıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?