Modern.az

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək

Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək

28 Oktyabr 2016, 20:55

Azərbaycan-Gürcüstan-Türkiyənin 3 tərəfli formatda növbəti biznes forumunun noyabr ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.  Modern.az saytı İqtisadiyyat nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan nazir Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşdə bildirib.

D.Kumsişvili də Gürcüstanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün böyük potensialı olduğunu qeyd edib.

Son iki ildə Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu vurğulayan D.Kumsişvili ölkəsinin Azərbaycan investisiyasına açıq olduğunu və bu istiqamətdə ölkəmizi dəstəklədiyini vurğulayıb.

Görüşdə hər iki ölkənin böyük turizm imkanlarının olduğu vurğulanıb və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin, görüşdə qarşılıqlı investisiya qoyuluşu, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, ikitərəfli ticarətin təşviqi ilə bağlı işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

 

 Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır