Modern.az

Rusiya səfirliyi minaatanlardan atəşə tutulub

Rusiya səfirliyi minaatanlardan atəşə tutulub

28 Oktyabr 2016, 21:09

Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Rusiya XİN məlumat yayıb. Məlumata əsasən, insident bu gün, Moskva vaxtı ilə saat 15:00 radələrində qeydə alınıb.

 

Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

 

Bildirilir ki, atəş ekstremistlərin nəzarəti altında olan Cobar rayonu tərəfindən açılıb. “Mərmilərdən biri diplomatik missiyanın girişinin yaxınlığına düşüb, iki mərmi isə səfirliyin hasarından 100 metr kənarda partlayıb”,-  məlumatda qeyd olunur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi