Modern.az

İtaliyada körpü uçub: 1 ölü, 10 yaralı

İtaliyada körpü uçub: 1 ölü, 10 yaralı

28 Oktyabr 2016, 22:13

İtaliyanın şimal bölgəsində körpünün uçması faciəyə səbəb olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Milan – Leko avtomagistralında baş verib. İlkin məlumata görə, insident nəticəsində azı 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Belə ki, hadisə zamanı körpü ilə hərəkət edən yük maşını körpünün altı ilə hərəkət edən minik avtomobilinin üstünə düşüb.

 

Hadisə yerinə xilasedicilər cəlb edilib. Ətrafdakı yolların bağlandığı bildirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir