Modern.az

Rusiya BMT-dəki səsverməni uduzdu

Rusiya BMT-dəki səsverməni uduzdu

Dünya

28 Oktyabr 2016, 22:59

Rusiya səsvermənin nəticəsinə görə BMT-nin insan haqları üzrə Şurasının yeni tərkibinə düşə bilməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Şərqi Avropa qrupundakı nəticələrə 112 ölkənin dəstəklədiyi Rusiya 144 səslə Macarıstana və Xoravatıyay (114 səs) uduzub.

BMT-nin Baş Assambleyasındakı səsvermənin gedişində insan haqları üzrə Şuranın 14 yeni ölkənin nümayəndəsi müəyyənləşdirilib. Macarıstan və Xorvatiyadan başqa, struktura Braziliya, Böyük Britaniya, Misir, İraq, Çin, Kuba, Ruanda, səudiyyə Ərəbistanı, ABŞ, Tunis, Cənubi Afrika Respublikası və Yaponiya da düşüb. Onlar 2017-2019-cu illərdə işləyəcəklər.

Oktyabrın 24-də KİV-də məlumat verilib ki, 80 hüquq müdafiə və humanitar təşkilat, o cümlədən Human Rights Watch Rusiyanı BMT-nin insan haqları üzrə Şurasından Suriyadakı situasiyaya görə çıxarmağa çağırış edib.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar