Modern.az

“Avro-2020”nin loqosu təqdim olunub

“Avro-2020”nin loqosu təqdim olunub

Aktual

28 Oktyabr 2016, 23:25

“Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Münxenin loqosunun təqdimat mərasimi olub. Modern.az saytı xəbər verir ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferin Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal və “Bavariya”nın sədri Karl-Hayns Rummeninge də iştirak edib.

 

Loqotipdə Anri Delone kuboku, həmçinin çapar əks olunub.

 

Qeyd edək ki, “Avro-2020”nin dörd - qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyunu Bakıda təşkil olunacaq. 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakının bu yarışla əlaqədar loqosunun təqdimat mərasimi sentyabrın 30-da olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı