Modern.az

Bir şəklin tarixçəsi: Heydər Əliyevlə Məkkəyə kimlər getmişdi...

Bir şəklin tarixçəsi: Heydər Əliyevlə Məkkəyə kimlər getmişdi...

29 Oktyabr 2016, 15:06


Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edir.

Zaman 1994-cü il... Məkan Səudiyyə Ərəbistanı, Məkkə şəhəri...

1994-cü ilin iyul ayında Azərbaycan Respublikasının o vaxtkı prezidenti Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib.  Prezidenti böyük bir nümayəndə heyəti müşayiət edir.

Səfər çərçivəsində Heydər Əliyev kral Fəhdlə görüşüb, danışıqlar aparıb. Rəsmi görüşlərdən sonra dövlət başçısı və onun Səudiyyəyə apardığı nümayəndə heyəti müqəddəs Kəbəni də ziyarət edir. Bu, Azərbaycanın hakimiyyət nümayəndələrinin Ümrə ziyarəti idi.

Şəklin tarixçəsi haqda həmin səfərdə mərhum dövlət başçısını müşayiət etmiş deputat Hadi Rəcəbli dı danışıb:


“Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçqın və məcburi köçkünlərin işlərini, problemlərini mənimlə məsləhətləşirdi. O zaman mən Nazirlər Kabinetində çalışırdım. Ərəb ölkələrindən qaçqınlara hümanitar yardım gətizdirirdik. O dövrlər bizim hökumətin ən çətin zamanları idi. Bakıya hümanitar yardım gətirən ciddəli Əbdülhəmid Dağistani mənə dedi ki, Heydər Əliyevi Həcc ziyarətinə dəvət etmək istəyir, amma çəkinir. Fikirləşirdi ki, birdən razılaşmaz. Dedim ki, Heydər Əliyev Allah adamıdır, heç bir problem yoxdur.
Əslində biz Həcc ziyarətinə getməli idik, ancaq Heydər Əlieyevin vaxtı az olduğu üçün Kəbəyə Ümrə ziyarəti etdik.  Onda ulu öndər hakimiyyətə gələndə ona kömək etmiş, yanında olmuş şəxsləri də özü ilə apardı. Dedi ki, “gördünüzmü, mən sizə söz vermişdim, indi də sizi ziyarətə aparıram”.
Heydər Əliyevi Kəbə evinin içində namazın bütün elementlərini icra edəndə gördüm. Allaha dua etdi ki, Dağlıq Qarabağ tezliklə azad olunsun”.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir