Modern.az

Sabiq deputatlar nə işlə məşğuldurlar? (II hissə)

Sabiq deputatlar nə işlə məşğuldurlar? (II hissə)

Ölkə

3 Noyabr 2009, 12:19

İkinci Çağırış Milli Məclisin deputatları olmuş şəxslərin hazırda nə işlə məşğul olmaları maraq doğurur. Qeyd edək ki, 2005-ci il parlament seçkilərində İkinci Çağırış zamanı deputat olmuş şəxslərin əksəriyyəti yenidən namizədliklərini irəli sürmüşdülər. Amma onların təxminən yarısı yeni mandat qazana bilmədi. Onlar indi haradadırlar, nə işlə məşğuldurlar? Modern.az saytı bu istiqamətdə araşdırmalar apararaq 13 sabiq millət vəkili barədə məlumatları noyabrın 2-də oxuculara təqdim edib. Axtarışlarımız nəticəsində digər sabiqlər barədə də bəzi bilgilər toplaya bildik.

 

2000-2005-ci illərdə Milli Məclisdə təmsil olunan Vəsadət Əzizov hazırda həkimlik fəaliyyətini davam etdirir. 78 saylı Masallı-Lənkəran seçki dairəsindən keçmiş deputat indi Bakı şəhərindəki 5 saylı Klinik Xəstəxanada kardiologiya şöbəsinin müdiridir.

Xətai rayonundan sabiq millət vəkili Mais Səfərli də 2005-ci ildə deputatlıq missiyasını başa vurub. Yurddaş Partiyasının sədrinin işsiz olduğunu öyrəndik.

Sabiq millət vəkili, tanınmış şair Zəlimxan Yaqub hazırda Azərbaycan Aşıqlar Birliyinin sədridir. Son günlər səhhətində yaranmış problemlə əlaqədar Türkiyədə müalicə olunan şair deputatlıq fəaliyyətini başa vuran əksər sabiq həmkarlarından fərqli olaraq, həmişə ictimai-mədəni sahədə aktivdir.

 

2000-2005-ci illərdə 16 saylı Sabunçu-Suraxanı seçki dairəsinin deputatı olmuş Səlahəddin Xəlilov hazırda elmi fəaliyyətlə məşğuldur. Keçmiş deputat həm də özəl təhsil müəssisəsinin-Azərbaycan Universitetinin rektorudur. Sabiq millət vəkili Sirus Təbrizlini əlavə təqdimata ehtiyac yoxdur. O, həm də sabiq YAP-çıdır. 13 saylı Nizami-Xətai seçki dairəsinin keçmiş deputatı hazırda işsizdir.

 

O, Milli Məclisin iclaslarını televiziya ilə izləyənlərin yaddaşında qapalı geyimli deputat kimi qalıb. Söhbət parlamentdə nadir hallarda çıxış edən sabiq millət vəkili Əsmətxanım Məmmədovadan gedir. Modern.az-a məlum olub ki, o, hazırda elmi fəaliyyətlə məşguldur.

 

II çağırış Milli Məclisin üzvü, qocaman pedaqoq Həsən Mirzəyev də hazırda təhsil sahəsində çalışır. Araşdırmamız nəticəsində onun Azərbaycan Pedaqoji Universitetdə müəllim işlədiyini dəqiqləşdirə bildik.

Parlamentin keçmiş üzvü Vaqif Abdullayevi sabiq həmkarları ilə müqayisədə bəxti gətirən saymaq olar. Çünki o, hazırda çoxları ümün əlçatmaz hesab olunan dövlət işində çalışır. V.Abdullayev Xızı rayon İcra Hakimiyyətinin başçısıdır.

 

Bəxti gətirən sabiq deputatlar sırasına Əli Abbasovu da əlavə etmək lazımdır. O, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kimi strateji dövlət qurumuna rəhbərlik edir. Sumqayıtdakı seçki dairələrinin birinin sabiq deputatı Tofiq Hüseynli hələ o vaxtdan kommersiya fəaliyyətilə məşğul olurdu. Sabiq parlamentari indi də bizneslə məşğuldur.

26 saylı Nəsimi birinci seçki dairəsindən sabiq deputat Nairə Şahtaxtinskaya da deputatlıq missiyasını başa vurandan sonra işsiz qalmadı. Hazırda diplomatik fəaliyyətlə məşğul olan Nairə xanım Azərbaycanın Litvadakı səfiridir.

Parlamentin sabiq üzvü Ağakərim Şərifov 35 saylı Lənkəran şəhər seçki dairəsindən deputat idi. Modern.az sabiq deputatın hazırda “Azəreneji” ASC-də işlədiyini öyrənib.

 

Majoritaq qaydada 32 saylı Nizami (Gəncə) seçki dairəsini parlamentdə təmsil etmiş sabiq deputat Amalya Pənahova hazırda Bakı Bələdiyyə teatrının rəhbəridir. Onu mədəniyyət və incəsənət tədbirlərində, telekanallarda tez-tez görmək olur.  

Bir müddət həbsdə saxlanılan sabiq deputat Fikrət Sadıqovun işsiz olduğu bildirilir. Xatırladaq ki, o, əvəllər həm də “Azərkimya” dövlət şirkətinin rəhbəri olub. Bəzi məlumatlara görə, F.Sadıqovun səhhətində ciddi problemlər də var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir