Modern.az

Qəddafi qorxusundan əmr verdi - hər liviyalıya 800 dollar paylansın

Qəddafi qorxusundan əmr verdi - hər liviyalıya 800 dollar paylansın

25 Fevral 2011, 14:59

Liviyada istefası tələb olunan polkovnik Qəddafinin hökuməti əhaliyə nəğd pul paylanılması barədə əmr verib.  Dünən polkovnik xalqa müraciətində demişdi ki, ona qarşı iğtişaşları əl-Qaida təşkil edib.

BBC-nin məlumatına görə, hökumətin qərarını elan edən şəxs deyib ki, hər bir liviyalı ailəsinə 800 dollara yaxın məbləğdə nəğd pul veriləcək. Elanda deyilir ki, bu pul xalqa qalxan ərzaq qiymətlərilə bacara bilmələri üçün verilir.

O, həmçinin dövlət sektoru işçilərinin maaşlarının 150 faiz, mimimum əməkhaqqının isə iki dəfə artırıldığını elan edib.
Məlumatlara görə, bu taktikadan keçmiş Tunis prezidenti Zine al-Abidine Ben Ali də istifadə etməyə çalışmışdı. O, da oxşar güzəştlər - iş yerlərinin yaradılması və antikorrupsiya tədbirləri vəd etmişdi.

Tunis prezidenti bu tədbirləri, ötən ay onun devrilməsilə nəticələnən üsyanları yatırmaq üçün etmişdi.

Son məlumatlara görə, Qəddafi rejimi ilə üsyançı xalq arasında qarşıdurma kəskinləşib. 2000 nəfərə yaxın insanın öldüyü xəbər verilir.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir