Modern.az

Sarkozi Türkiyəyə səfəri ərəfəsində Ərdoğanı qəzəbləndirdi

Sarkozi Türkiyəyə səfəri ərəfəsində Ərdoğanı qəzəbləndirdi

İqtisadiyyat

25 Fevral 2011, 15:35

Türkiyəyə səfəri ərəfəsində Fransa prezidenti Nikola Sarkozi türkiyəli jurnalistlərə açıqlamasında bildirib ki, ay-ulduzlu ölkənin Avropa Birliyinə qəbulunun əleyhinədir.

Modern.az Türkiyə mətbuatına istinadan xəbər verir ki, N.Sarkozi qeyd edib ki, Türkiyənin yeri Avropa Birliyi deyil, Şərqdir.

Anındaca N.Sarkozinin fikirlərinə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan münasibət gəlib.

Ərdoğan bildirib ki, Sarkozinin bu cür açıqlama verib-vermədiyini onun özündən soruşacaq: “Çünki o, mənimlə söhbətındə başqa sözlər deyib. Mən Sarkozidən soruşacam ki, əgər siz Türkiyənin Avropa Birliyinə üzv olmağını istəmirsinizsə, bunu birdəfəlik və açıq şəkildə deyin, qoy hamı bilsin”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi