Modern.az

Bakı "Cümhuriyyət"çilərindən Türkiyədəki "Cümhuriyyət"ə DƏSTƏK

Bakı "Cümhuriyyət"çilərindən Türkiyədəki "Cümhuriyyət"ə DƏSTƏK

Media

31 Oktyabr 2016, 11:43

“Hansı ölkədə olursa olsun, mətbuat nümayəndələrinin, jurnalistlərin həbsini qəti şəkilsə pisləyirik. Türkiyənin demokratik dövlət olduğuna və qanunların aliliyinə inanaraq hesab edirik ki, bu məsələ tezliklə ciddi şəkildə araşdırılacaq”.

Bunu Modern.az-a açıqlamasında Azərbaycanda çap olunan “Cümhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov deyib.

Baş redaktor Türkiyədəki “Cümhuriyyət” qəzeti rəhbərliyinin həbs olunmasına bu cür münasibət bildirib:

“Ümidvarıq ki, biz həbs olunmayacağıq. Əgər xüsusi təhlükəli faktlar aşkar olunmazsa, inanırıq ki, türkiyəli jurnalistlər tezliklə azadlığa buraxılacaqlar.

Bütün hallarda jurnalistlərin həbsini pisləyirik. Düşünürük ki, faktlar olmadan jurnalistlərin həbsi yolverilməzdir. Azərbaycanda çap olunan “Cühmuriyət” qəzeti də bizim ölkədə də və digər dövlətlərdə hər zaman söz, mətbuat və fikir azadlığının tərəfdarıdır”.

Xatırladaq ki, Türkiyədə “Cümhuriyyət” qəzetininin baş redaktoru Murad Sabuncu, icraçı direktoru Akın Atalay və yazar Güray Özün evində axtarış aparılıb.

Murad Sabuncu və Güray Öz tutulub. Akın Atalay isə xaricdə olduğu üçün onun haqqında həbs qərarı verilib.

Son məlumata görə, polis yazar Hikmət Çetinkaya və Musa Kartın evində axtarış aparır. Digər yazar Can Dündar isə xaricdə olduğu üçün onun haqqında həbs qərarı çıxarılıb.  

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir