Modern.az

Cəbhə xəttində “Talış sindromu”…

Cəbhə xəttində “Talış sindromu”…

Qarabağ

31 Oktyabr 2016, 17:05

Builki “Aprel döyüşləri”ndən sonra Azərbaycan mediası əvvəllər haqqında nadir hallarda yazılan Talış kəndi, Talış yüksəkliklərinə diqqəti o dərəcədə artırdı ki, bu yaşayış məntəqəsinin adı bütün ölkədə məşhurlaşdı.

Talış kəndinə bu diqqət səbəbsiz deyildi…

Çünki aprel ayında baş verən 4 günlük müharibənin getdiyi əsas yerlərdən biri məhz Tərtər rayonunun Talış kəndi, Talış yüksəklikləri idi. Azərbaycan Ordusunun cəsarətli həmlələri nəticəsində Talış kəndi ətrafındakı strateji yüksəkliklər düşməndən təmizləndi. Həmin ərazidə gedən döyüşlərdə düşmən canlı qüvvə sarıdan tələfata uğradı, ordumuz da xeyli şəhid verdik

Bir strateji məntəqə kimi Talış kəndi bu gün də hər iki tərəfin silahlı qüvvələri tərəfindən nəzarət altındadır.

Təsadüfi deyil ki, tərəflərin apardığı informasiya müharibəsində bir “Talış kəndi” sindromu da formalaşıb.

 

“Talışdakı ermənilər zireh kimi istifadə olunur…”

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında Talış kəndinin strateji mahiyyətini bu cür şərh edib:

 

 

“Talış kəndi hazırda olduğu strateji mövqeyinə görə həqiqətən də böyük əhəmiyyət daşıyır. Sərsəng su anbarı kimi mühüm məntəqələrin qorunması üçün Talış kəndi bizə çox lazımdır. Əslində “Aprel döyüşləri”ndə Azərbaycan özünün hərbi imkanlarını daha da irəlyə aparmağa qadir idi. Apreldəki təxribatlara cavab verilərkən Azərbaycan erməni mövqelərinə dəqiq və güclü zərbələr endirdi. Əlsində elə o zaman Talış kəndi və yüksəklikləri Azərbaycanın nəzarətinə keçə bilmişdi.

 

Sonrakı dövr ərzində ermənilərin sonuncu nəfərinə kimi Talışda qala bilməsi mümkün olmadı. Atışmalar zamanı kənddə ciddi dağıntılar əmələ gəldi.
İndiki reallıqda Talış kəndinə yığışan ermənilərdən qoruyucu zireh kimi istifadə olunur. Ermənistan rəhbərliyi Talışdakı ermənləri ət maşınından keçirmək üçün hazırlayırlar”.

 


“Talışda ordu gücünə “Vətən” qurmaq mümkün deyil…”

 

Deputat bildirib ki, ermənilər Talış üçün bütün kənd əhalisindən keçməyə hazırdırlar:

 

Talışdan çıxan və Xankəndində məskunşalaşan ermənilərlə bağlı hazırlanan materiallardan görürür ki, düşmən tərəf bu insanlardan Azərbaycana qarşı təzyiq metodu kimi istifadə edirlər. Ona görə yox ki, ermənilər yaşadıqları ərazilərdən çıxarılıblar. Ona görə ki, o ermənilər strateji məntəqə olan Talış kəndindən çıxarılmışdı. Artıq kənd boş qalmışdı.

 

Əmliyyatların sonrakı günlərində isə ermənilər Talışın bir hissəsinə yenidən qayıda bildilər. Bir xalq nə qədər səngərlərdə yaşaya bilər?.. Talışda digər kəndlərdə əgər 50 min-60 min əhali məskunlaşmayıbsa, orada ordunun gücü ilə vətən qurmaq qeyri-mümkündür. Ermənilər Talış kəndi uğrunda bu gün hətta oranın bütöv əhalisindən belə, keməyə hazırdırlar. Əslində Talışda hərbi paradı Azərbaycan keçirəcəkdi. Bu, mütləq olacaq və o gün heç də uzaqda deyil”.

 

 

“Talış tamamilə əldən getsə Ağdərə, Goranboy…”

 

 

Milli Qəhrəman Məhəmməd Həsənov Modern.az-a deyib ki, əgər Talış kəndi nəzarətimizdən çıxsa, Goranbayun bir çox yaşayış məntəqələri təhlükə altında qala bilər:

 

“Talış yüksəkliyi Azərbaycan və ordumuz üçün çox böyük strateji əhəmiyyətə malikdir. Çünki Talış yüksəklikləri götürülsə, Goranboyu ciddi təhlükə gözləyə bilər.  

Talış kəndi zonasındakı təmas xəttindəki qoşunlar üzbəüz olsalar da, təpələrdə yerləşmə mövqeləri fərqlidir”.

 

M. Həsənov deyib ki, “Aprel döyüşləri”ndə Talış istiqamətində ciddi itki vermədən daha da irəli getmək mümkün idi:

“1992-ci ildə ermənilərin Talışdakı mövqelərini mən 3 dəfə geri almışam. Bundan sonra məsləhət bilsələr, yenə də alaram”.


Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?