Modern.az

Milli Məclis 26 qanunu dəyişməyə hazırlaşır - SİYAHI

Milli Məclis 26 qanunu dəyişməyə hazırlaşır - SİYAHI

31 Oktyabr 2016, 17:47

Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi bəlli olub.

 Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

 Parlament rəsmisi gündəliyə daxil olan məsələləri açıqlayıb:

“Milli Məclisin payız sessiyasının növbəti iclası noyabrın 11-də keçiriləcək. İclasın gündəliyinə 26  məsələ daxildir”.

Mətbuat katibi iclasda bir sıra qanunlara dəyişiklərin nəzərdə tutulduğunu bildlrib. Bunlar aşağıdakılardır:

 

- Mülki Məcəlləyə dəyişiklik

- Cinayət Məcəlləsinə dəyişiklik

- Cinayət Prosesual Məcəlləsində dəyişiklik

- Miqrasiya Məcəlləsində dəyişiklik

- İnzibati Xətalar Məcəlləsinə dəyişiklik

- Vergi Məcəlləsində dəyişiklik

- Meşə Məcəlləsində dəyişiklik

- Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik

- “İnvestisiya fondları haqqında” qanuna dəyişiklik

- “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişiklik

- “Kommersiya sirri haqqında” qanuna dəyişiklik

- “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik

- “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik

- “Ətraf mühitə dair informasiya almaq” haqqında qanuna dəyişiklik

- “Elektron imza və elektron sənəd” haqqında qanuna dəyişiklik

- “Sahibkar fəaliyyəti haqqında” qanuna dəyişiklik

- “Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna dəyişiklik

- “Sahibkarıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik

- “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik

- “Yol hərəkəti haqqında” qanunda dəyişiklik

- “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişiklik

- “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında” əsasnaməyə dəyişiklik.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir