Modern.az

Bələdiyyələr barədə yazı müsabiqəsi elan edilib

Bələdiyyələr barədə yazı müsabiqəsi elan edilib

3 Noyabr 2009, 12:56

Gənclər üçün Təhsil Mərkəzi bu ilin oktyabr ayından başlayaraq həyata keçirdiyi “Bələdiyyələrə dəstək, özümüzə kömək” proqramı çərçivəsində “Bələdiyyələr gənclərin gözü ilə” adlı yazı müsabiqəsi elan edib.  Mərkəzdən Modern.az-a bildirilib ki,

müsabiqəsinin əsas məqsədi g

ənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.

Məqalə müsabiqəsi üçün aşağıdakı mövzular təklif olunub: b

ələdiyyə və gənclər əməkdaşlığı; b

ələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi; g

ənclər və bələdiyyə seçkiləri;

Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları; v

ətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu;

Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri. 

Müsabiqə üçün tələblərə görə, m

əqalələr yalnız gənclər tərəfindən hazırlanmalı,

3 səhifədən artıq olmamaq şərti ilə, A4 formatında, kompyuterdə (12 ölçülü Times New Roman şriftində, 1 interval ilə) tərtib olunmalıdır.

Müsabiqəyə təqdim olunacaq bütün məqalələr 1 dekabr 2009-cu il tarixindən etibarən Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış ekspert qrupu tərəfindən nəzərdən keçiriləcək və qalib gəlmiş 3 məqalə “Tələbə” qəzetinin növbəti sayında dərc olunacaq.

Müsabiqənin nəticəsində 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclərə Mərkəzin xüsusi diplom və hədiyyələri təqdim olunacaq. 

Məqalələr

dekabrın 1-dək qəbul ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir