Modern.az

Nazir müavinindən kinolarla bağlı ETİRAF: “Son dərəcə bahadır”

Nazir müavinindən kinolarla bağlı ETİRAF: “Son dərəcə bahadır”

1 Noyabr 2016, 16:18

“Azərbaycanda fəaliyyət göstərən kinostudiyalar ölkəyə gəlir gətirmək üçün davamlı və dayanıqlı avadanlıqlara malik olmalıdır”.

 

Modern.az-ın xəbərinə görə,məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda 40-a yaxın prodüser mərkəzi fəaliyyət göstərir:

“Onların da demək olar ki, 99,9 faizinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün heç bir maddi-texniki bazası yoxdur. Ancaq bütün bunlara rəğmən, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə onlar son illərdə dünya kino bazarında uğur qazanan bir neçə filmə imza ata biliblər. Ancaq “Azərbaycanfilm”in də malik olduğu texnika yüksək səviyyədə deyil. Çünki həmin texnikalar sovet dövründən qalmadır. Hətta onlar belə dövlət sifarişi ilə çəkilən filmlər üçün xarici ölkələrdən yüksək səviyyəli, günün tələblərinə cavab verən texniki avadanlıqlar icarəyə götürür”.

 

Nazir müavini bildirib ki, Azərbaycanda həmin avadanlıqların gətirilməsi ilə məşğul olacaq maraqlı qurumlar da yox dərəcəsindədir:

 

“Çünki avadanlıqlar son dərəcə bahalıdır. Bu səbəbdən onların maya dəyərinin çıxarılması üçün böyük zaman, eyni zamanda dövlətin təminatı lazımdır. Təbii ki, sahibkarlar da əllərindəki böyük məbləğli vəsaiti tez gəlir gətirən və sərmayəsini tezliklə doğrulda bilən layihələrə vəsait qoymaqda daha çox maraqlıdırlar”.

Kinoteatrların Azərbaycan filmlərinin qeyri-münasib vaxtda nümayiş etdirmələri məsələsinə də toxunan nazir müavini əlavə edib ki, onlar ABŞ istehsalı olan kinoları ən yaxşı saata salırlar:

“Təbii ki, səhər saat 11-də insanların işdə-gücdə olduğu bir vaxtda kimsə ən yaxşı Azərbaycan filminə vaxt ayırıb baxmayacaq. Çünki bu, imkan xaricindədir. Televiziyalarda da eyni problemlər yaşanır.

 

Azərbaycan Film Fondunda ölkənin 40 minə yaxın filmi qorunur. Halbuki bizim 600 minə yaxın filmi qorumaq imkanlarımız var. Əgər filmlərlə bağlı məsələlərə maliyyə nöqteyi-nəzərindən güzəştlər tətbiq olunsa, Film Fondu regionda, Yaxın Şərqdə yeganə dünya standartları səviyyəsində temperatur rejimini qoruyub saxlaya bilən qurumdur. Dolayısı ilə biz qonşu dövlətlərin saxlaya bilmədiyi filmləri də Film Fondunda saxlayıb Azərbaycana gəlir gətirə bilərik”.

 

Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi