Milli Məclisdən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda ilk dəfə hazırlanmış “Tütün istehlakının məhdudlaşdırılması haqqında” yeni qanun layihəsi ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
- Hadi müəllim, artıq bir neçə ildir Milli Məclisdə də ciddi müzakirələrə səbəb olan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” yeni qanun layihəsi hazırlanır. Necə düşünürsünüz, tütünün istifadəsinin məhdudlaşdırılması ilə bağlı bu qanun layihəsi effekt vercəkmi?
- Öncə bildirim ki, dünən BMT-nin təşəbbüsü ilə hər il qeyd olunan ümumdünya qənaət günü idi.
Əslində elə siqaret, tütünün istehlakının məhdudlaşdırılması haqqında olan bu yeni qanun layihəsi də qənaət sisteminin bir hissəsidir.
Ancaq burada iki formada qənaətə keçmək mümkün olur. Siqaret çəkərkən canını da, cibini də xərcləyirsən. Yəni siqaretdən imtina edib tərgitməklə həm cibə qənaət edirsən və həm də can sağlığını təmin etmiş olursan.
Yeni qanun layihəsində tütünün istehlakına qarşı mübarizə məqsədi ilə maarifləndirməyə geniş yer verilib.
İlk dəfə olaraq bu yeni qanunda yalnız siqarət yox bütün növ tütün məmulatlarının məhdudlaşdırılması məsələsi ortaya qoyulur.
Qəlyan, tənbəki, siqar və digər tütünün bütün növlərindən istifadəni məhdudlaşdırırıq.
-Bəs bütün növ tütün məhsullarının məhdudlaşdırılmasının yeri, miqyası necə olacaq?
-Üzərində çalışdığımız bu yeni qanun layihəsi ilə ilk dəfə olaraq tütün məhsullarından istifadənin yer, məkan olaraq məhdudlaşdırılmasının coğrafiyası genişlənir.
Məsələn, artıq yaşayış yerlərində, binalardakı bloklarda, dəmir yol vağzallarındakı perronlara qədər istifadə məhdudlaşacaq.
Bu gün siqaret çəkənlərlə yanaşı, daha çox ziyan ətrafdakılaraonun tüstüsündən əziyyət çəkənlərə dəyir.
Bu yeni qanunla artıq tütün tüstüsünə məruz qalan vətəndaşların hüquqlarının qorunması da mümkün olacaq. Layihədə həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi ciddi əksini tapıb.
-Bəs yeni qanun layihəsi siqaret çəkən və bundan əziyyət çəkən vətəndaşlara nə verəcək?
-Qanun hazırlanarkən təbii ki, tütün, siqaret məhsullarından istifadəyə görə asılı vəziyyətə düşmüş, əziyyət çəkən vətəndaşların da hüquqları nəzərə alınıb.
Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur. Yəni bu qanunla siqareti tərgitmək istəyən hər bir vətəndaşı dövlət özü pulsuz müalicə edəcək. Siqaret çəkmiyənlərin də hüquqlarının qorunması bu qanunda nəzərə alınıb.
- Tütünün istehlakının məhdudlaşdırılması bu sahənin kənd təsərrüfatında istehsalına mənfi təsir göstərə bilərmi?
-Neçə illərdir ki, ölkədə tütün istehlakına, siqaretə qarşı mübarizə aparılır. Tütünü bu gün daha çox xaricdən alırıq. Əsas məqsədimiz xaricdən ölkəyə daxil olan tütünün həcminin azaldılmasıdır. Tütünün istehlakı Azərbaycanda azaldılmalıdır. Dünyanın o biri başından Azərbaycana tütün gətirilir. Kimə lazımdır axı bu ? !
Bunun onsuz da ziyanı xeyrindən çoxdur. Ölkənin həm də məqsədi tütün istehsalını artırıb xarici ölkələrə ixrac edib, idxalı maksimum azaltmaqdır.
İnşallah, hamılıqla çalışıb cavanların, gənclərin tütündən istifadəsinin qarşısını alacağıq.
Ağa AKİFOĞLU
Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"
Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR
Moskvada güclü qasırğa - 2 ölü, 17 yaralı
Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır
Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı
Deputatların sayı azaldı - SƏBƏBLƏR
Gənc nazirin uğurlu karyera yolu - DOSYE
Yeni nazirin 38 yaşı var - Bioqrafiya
Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi
Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM
Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub
Abutalıbov baş nazirin müavini oldu
Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...
Deputat “Dövlətqaçqınkom”un sədri oldu
İlham Əliyev sərəncam imzaladı – Nazirlər Kabinetinin yeni TƏRKİBİ – SİYAHI
Bu hallarda siyasi partiyalar bağlanacaq – qanuna DƏYİŞİKLİK
Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı
İsmayıllıda paltaryuyan maşında narkotik gizlədən tutuldu
Türkiyədə ağır yol qəzası – 18 nəfər yaralandı
Məhkəmə ANS-lə bağlı qərarını açıqladı
Yerevanda terror hücumlarının qarşısı alındı
Qəhrəman atanın qəhrəman oğlu
Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHI
Sarkisyan etirazçıların liderini danışıqlara çağırdı
Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var”
Prezidentdən SƏRƏNCAM - Yeni baş nazir təyin edildi
ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu
Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu dağıldı
Yeni baş nazirin elmi və pedaqoji fəaliyyəti – Doqquzlar üçün dərslik, geosiyasətə aid kitab...
Bakıda xuliqanlıq: Naməlum şəxs binanı oda verdi - FOTOLAR
Şərh yaz