Modern.az

Niderlandın Azərbaycandakı səfiri İctimai Teleradioda olub

Niderlandın Azərbaycandakı səfiri İctimai Teleradioda olub

25 Fevral 2011, 22:09

Niderlandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aryen Uyterlinde

bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinində olub. Baş direktor İsmayıl Ömərovla görüşdə ölkələrimiz arasında mövcud əlaqələr və əməkdaşlığın genişləndirilməsində televiziyaların rolu müzakirə olunub. Səfir İctimai Teleradionun Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslar arasında yüksək nüfaza malik olduğunu bildirib. Aryen Uyterlinde Niderland səfirliyi adından İctimai Televiziyaya öz xalqının milli mədəniyyətini əks etdirən sənədli film hədiyyə edib. Baş direktor İsmayıl Ömərov İctimai Televiziyanın Niderlandın ictimai yayımçısı ilə bir neçə layihə reallaşdırdığını bildirib. Bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyən baş direktor televiziyalarının birgə əməkdaşlığının xalqların arasında mədəniyyət körpüsünün salınmasında əvəzsiz rolunun olduğunu qeyd edib.

Sonra sirkətin yaradıcı heyəti və texniki imkanları ilə yaxından tanış olan səfir bir daha EBU-nun üzvü olaraq İctimai Teleradionun bir avropa yayımçısı olduğundan əminliyini bildirib.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir