Modern.az

Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana növbəti XƏBƏRDARLIQ

Azərbaycanın Müdafiə Nazirliyindən Ermənistana növbəti XƏBƏRDARLIQ

2 Noyabr 2016, 09:44

Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

 Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qarşı tərəfin cəhdləri cavab tədbirləri nəticəsində düşmən susdurulub. 

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

 

 

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi