Modern.az

“Qarabağda görüşənədək”...

“Qarabağda görüşənədək”...

2 Noyabr 2016, 15:18

Yəhudilərin bir deyimi var. Bir-birləri ilə görüşüb, sağollaşanda “Yerusəlimdə görüşənə qədər” deyirlər. Bu söz hər bir yəhudinin dilində əzbərdir.

Azərbaycanda da buna oxşar ifadə ənənə halını ala bilərmi? Məsələn, “Qarabağda görüşənədək” kimi...

Xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında məsələyə belə münasibət bildirib.

“Əvvəla, danışıq sözləri gərək dilimizə oturuşsun. Söz dildə işləndikcə, onun ümumişlək olacağı, ya da olmayacağı özünü göstərir. Elə sözlər var ki, artıq dilimizə oturuşub. “Allah amanında”,  “görüşənədək”, “xudahafiz” və sairə. Düzü, “xudahafiz” sözünü qəbul etmirəm. Ərəb sözünün dilimizdə geniş yayılmasına nə ehtiyac var?!”.
 

Xalq  şairinin sözlərinə görə, Qarabağ işğal olunandan sonra dilimizə oturuşan sözlər yaranıb.

“Bəzi sözlər hiss etməsək də dilimizə oturuşub. “İnşallah, gələn il bayramı, ad gününü  Qarabağda qeyd edək!”,  “Qarabağda görüşək!” və sairə. Qarabağ azad edilənə qədər bu sözlər dilimizdə işlənəcək. Həm də bu cür sözlərin dilimizdə oturuşması üçün insanların da aktivliyi olmalıdır. Hər bölgədən olanlar elə etməlidirlər ki, hansısa söz  dilə otursun. O zaman bizim də dilimizdə belə sözlər formalaşa  bilər”.


Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir