Modern.az

Siqaret satışını həvəsləndirmək məhdudlaşdırılır

Siqaret satışını həvəsləndirmək məhdudlaşdırılır

İqtisadiyyat

3 Noyabr 2016, 13:08

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Tütün və tütün məmulatı haqqında" və "Çayçılıq haqqında" qanunlarda dəyişiklik layihələri müzakirə edilərək plenar iclasa tövsiyyə olunub. Modern.az-ın xəbərinə görə, dəyişikliklə tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır.

Dəyişikliyə əsasən tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir. Həmçinin tütün və tütn məmulatının və onun ləvazimatlarının o cümlədən tənbəki çubuqlarının , qəlyanların .

 

Elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər. Qeyd edək ki, hazırda isə tütün məmulatının istehalçıları tütünün və tütün məmulatının reklamını əks etdirməyən sosial, mədəni və təhsil tədbirlərinin sponsorluğu və reklamı zamanı öz firma adlarından maneəsiz istifadə edirlər.

"Çayçılıq haqqında" qanun da "Reklam haqqında" qanuna uyğunlaşdırılıb.  Dəyişikliyə əsasən Azərbaycan qanunvericiliyi sözü "Reklam haqqında" qanun sözü ilə əvəzlənib. Belə ki, yeni redaksiyaya əsasən çay məhsulllarının satışa çıxarılması, satışının qadağan edilməsi və reklamı "Reklam haqqında" qanuna uyğun həyata keçirilir. Hər iki qanunda dəyişiklik onların "Reklam haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə həyata keçirilir.

 

 Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar