Modern.az

Prezidentlərin görüşü niyə baş tutmur?

Prezidentlərin görüşü niyə baş tutmur?

3 Noyabr 2016, 14:37

Azərbaycan və Ermənistan prezidentləri arasında sonuncu görüş iyun ayının 20-si Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.

 

Bu görüşdən sonra Rusiya prezidenti Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin başçısı kimi Fransua Ollandı, Sankt-Peterburqda keçirilən üçtərəfli görüşünün yekunları barədə məlumatlandırıb.

Bundan sonra prezidentlərin növbəti görüşünün Parisdə olacağı gözlənilirdi.

 

Prezidentlər Fransada görüşərsə, müzakirələr hansı səpkidə olacaq? Bu görüşün Qarabağ münaqişənin həllinə təsiri nədən ibarət olacaq?

Məsələ ilə Modern.az-a danışan politoloq Arzu Nağıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona axırıncı səfərdən sonra  deklorativ bir bəyanat verdilər.

“Lakin nəzərdə tutulan belə bir məsələ vardı ki, xarici işlər nazirləri Çexiyada görüşsünlər. Ondan sonra prezidentlərin görüşü haqqında qərar qəbul edilə bilər. Amma prezidentlərin görüşməsi ilə konkret qərar olmayıb. Sadəcə olaraq bir öz tərəfimizdən bütün şərtləri irəli sürmüşük, Dağlıq Qarabağa muxtariyyət verilməsinə qədər öz planımızı demişik. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində”.

 

Politoloqun sözlərinə görə,  artıq top Ermənistan tərəfdədir.

 

“Onlar qeyri-adekvat bir cavab verdilər. Görüş xətrinə görüşün keçirilməsi doğru addım deyil. Məhz buna görə də, xarici işlər nazirləri bu görüşü keçirməlidirlər. Biz öz düşüncələrimizi bildirmişik. İstər Madrid prinsipləri, istər Sankt-Peterburq görüşü, Kazan prokollarına əsasən biz öz fikirlərimizi demişik ki, bu məsələ mərhələli şəkildə həll olmalıdır.  Ermənistan tərəfi  isə danışıqlardan qaçır. Bunların əsas məqsədi status-kvo”nu qorumaqla, Serj  Sarkisyanı hakimiyyətdə saxlamaqdır. Ona görə də Ermənistan bu görüşdən imtina edir”.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır