Modern.az

Deputatlar siqaret cəriməsi yazan dövlət orqanı axtarırlar...

Deputatlar siqaret cəriməsi yazan dövlət orqanı axtarırlar...

3 Noyabr 2016, 17:51

“İctimai yerlərdə siqaret çəkənlərə qarşı tətbiq olunan cərimələrin mexanizmi necə olacaq? Mən bunu heç cürə başa düşə bilmirən...”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Hüseynbala Mirələmov deyib.

Deputat “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə münasibət bildirərkən söyləyib ki, bu günə qədər heç bir vətəndaş ictimai yerdə siqaret çəkdiyinə görə cərimə olunmayıb, çünki hələ də cərimə edəcək dövlət orqanı müəyyən deyil:

“Keçən ildən İnzibati Xətalar Məcəlləsində ictimai yerlərdə siqaret çəkənlərə qarşı maliyyə cərimələrinin olması öz təsdiqini tapıb. Amma baxaq görək , bu günə qədər siqaretə görə kim cərimə olunub? Əlbəttə ki heç kim...

Axı siqaretə görə vətəndaşı hansı dövlət orqanı cərimə edir ki? Bu səlahiyyət hansı quruma tapşırılıb?”.

Komitə sədri Eldar İbrahimov deputat həmkarı Hüseynbala Mirələmova belə cavab verib:

“Bu cəriməni müvafiq icra hakimiyyəti orqanı etməlidir. Biz bu quruma şərti olaraq müvafiq icra hakimiyyəti orqanı deyirik.

 Bu cərimələri kim yazacaq, onu hələ mən özüm də bilmirəm”.

Hüseynbala Mirələmov isə deyib ki, siqaretə görə cərimənin qanunda mexanizmi düzgün deyil:

“Qanunda mexanizm aydın göstərilməyib də...”.

Eldar İbrahimov isə əlavə edib ki, Milli Məclisin bu ixtiyarı yoxdur:

“Mexanizmi göstərməyə bizim ixtiyarımız yoxdur. Məhkəmə hakimiyyətinə biz göstəriş verə bilmərik”.

 

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?