Modern.az

Gürcüstanın deputatı azərbaycanlıların öldürülməsi xəbərlərinə aydınlıq gətirdi

Gürcüstanın deputatı azərbaycanlıların öldürülməsi xəbərlərinə aydınlıq gətirdi

4 Noyabr 2016, 10:55

Son günlər Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı xoş olmayan xəbərlər yayılmaqdadır.  Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda gürcülərlə azərbaycanlılar arasında kütləvi davanın baş verdiyi barədə məlumatlar yer alır. Hətta, soydaşlarımız arasında ölüm hallarının da olduğu bildirilir. 


Məsələ ilə bağlı Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a danışıb.

 

O bildirib ki, bu cür məlumatlar həqiqəti əks etdirmir.

 

“Gürcüstanın Marneuli bölgəsində yaşayan azərbaycanlıların durumu çox normaldır. Heç bir qarşıdurma, problem yoxdur. İnsanlar həyatlarına çox normal şəkildə davam edir. Azərbaycanın bəzi mətbu orqanları, Gürcüstanda baş verən hadisələri qeyri- obyektiv, qərəzli, əsası olmayan şəkildə xəbər hazırlayaraq,  Azərbaycan oxucusuna yanlış məlumat verirlər. Bir daha deyirəm. Yayılan məlumatlar  tamamilə yanlışdır.

Bəzi Azərbaycan televiziyaları bu cür xəbərləri yayımlayarkən, yanlış xəbərin haradan qaynaqlandığını da qeyd etsinlər.  Bizə maraqlıdır ki, bu cür yanlış məlumatları haradan əldə edirlər. Düşünürəm ki, bu provakasiya məqsədi daşıyır. Bizim tutuduğumuz mövqe açıq-aydındır. Xalq tərəfindən seçilən deputatlarıq”.

 

Ruslan Hacıyevin sözlərinə görə, bu cür addımlar heç bir nəticə verməyəcək.

 

“Qaldı ki, kimlərinsə bu yöndə hansı addımları atmasına, bu, həmişə provakasiya məqsədi daşıyıb. Bu cür xəbərlərin yayılmasında kimlər ki maraqlıdır, onlar hər zaman partiyadan yana olublar. Məsələləri yanlış formada gündəmə gətirməyə çalışıblar. Onların bu addımları heç bir nəticə vermir və verməyəcək. Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məlumat yayarkən,  istər Tv-lər, istərsə də mətbuat orqanları məlumatı dəqiqləşdirib yerləşdirməlidir. Bütün jurnalistlərə səslənirəm ki, diqqətli olsunlar.  Bu cür məlumatları haradan əldə etdikləri çox önəmlidir.

 

Bu cür məlumatların necə və haradan yayılması ilə bağlı artıq azərbaycanlı deputat həmkarlarımla birgə  araşdırmalara başlamışıq. Yaxın zamanlarda mətbuata bu barədə geniş açıqlama veriləcək”

 

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir