Modern.az

Maliyyə bazarları ilə bağlı yeni qanun layihəsi hazırlanıb - RƏSMİ

Maliyyə bazarları ilə bağlı yeni qanun layihəsi hazırlanıb - RƏSMİ

İqtisadiyyat

4 Noyabr 2016, 11:49

 

“Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb”.

 

Modern.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib.

 

Palatanın sədri deyib ki,  problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyasına həsr olunmuş qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq:

 

“Bundan başqa maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində isə iş artıq başa çatdırılıb. Palata, həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!