Modern.az

“Qərb”in siyasətçiləri, diplomatları, alimləri və... 25 illiyi

“Qərb”in siyasətçiləri, diplomatları, alimləri və... 25 illiyi

4 Noyabr 2016, 16:47

Anar Ələkbərov, Fariz İsmayılzadə, Nərgiz Qurbanova, Saida İbrahimova, Vüqar Əliyev, Liya Bayramova, Cəsarət Valehov, Nərgiz Nəsrullayeva, Fuad Kərimov, Kamran Kəlpəliyev, Fərid Cəfərov və digərləri. Siyasətçi, diplomat və sair peşələrə sahib olub tanınsalar da onları birləşdirən bir nöqtə var... 

     
Söhbət Azərbaycanın ilk qeyri-dövlət ali təhsil məktəblərindən biri olan, sağlam mühit və sağlam təhsil ocağı - Qərb Universitetindən gedir. Azərbaycanın müstəqilliyi ilə yaşıd olan universitet yarandığı vaxtdan beynəlxalq nüfuza malikdir.


1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər Şəbəkəsinin 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və BMT-nin müxtəlif proqramlarının üzvüdür. Fəaliyyət göstərdiyi müddət ərzində universitet Azərbaycanda iqitsadi keçid və ondan sonrakı dövrdə ölkənin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər hazırlayıb...

     
Söz xatirinə deyil, faktdır və gerçəkdir. Məzunları təkcə siyasətçi, diplomat, alim deyil, həm də komanda üzvü, novator, lider kimi tanınır.  A.Ələkbərov-Heydər Əliyev Mərkəzinin və Heydər Əliyev Fondunun icraçı direktoru, F.İsmayılzadə-ADA Universitetinin  Xarici Siyasət  proqramının direktoru, eyni zamanda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü, N.Qurbanova-Azərbaycanın Bolqarıstandakı  fövqəladə  və səlahiyyətli səfiri, S.İbrahimova- BP-nin London mərkəzi ofisinin Hyustondakı baş məsləhətçisi, eyni zamanda Hyustonda Azərbaycan diasporunun aktiv üzvü, V.Əliyev-Monteneqronun Azərbaycandakı fəxri konsulu, N.Nəsrullayeva-Amerikanın Azərbaycandakı Ticarət Palatasının icraçı direktoru, F.Kərimov - AZAL-ın Vaşinqtondakı nümayəndəliyinin direktoru, K.Kəlpaliyev- AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri, F.Cəfərov-“Microsoft” şirkətinin baş meneceri, L.Bayramova-Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, C.Valehov-Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəridir.

 
Onları və yüzlərlə uğur sahiblərini birləşdirən ortaq nöqtə - Qərb Universitetidir.

     
Maraqlı və öncül məqam da odur ki, universitet sağlam mühitdə yüksək səviyyəli təhsil verməklə bərabər, həm də tələbələrinin sonrakı karyerası ilə də məşğuldur. 1998-ci ildən Qərb Universitetində “KARYERA İNKİŞAF MƏRKƏZİ” fəaliyyət göstərir.


Yeri gəlmişkən, bu günlərdə Mərkəz son illərin məzunları ilə bağlı araşdırma aparıb. Bu statistikanı ali məktəbin nüfuzunun kriteriyası kimi də qəbul etmək olar.

      
Qərb Universitetinin “KARYERA İNKİŞAF MƏRKƏZİ”nin hesabatına görə, 2011-2015-ci illərdə Qərb Universiteti məzunlarının 49 faizi universiteti bitirdikdən sonra işə düzəlib. 4 faizi hərbi xidmətdədir, 19 faizi magistratura təhsili alır, 9 faizi xaricdə, Avropa və ABŞ-ın tanınmış tədris mərkəzlərində oxuyur, 3 faizi xaricdə təhsil almaq üçün xarici universitetlərdən cavab gözləyir. Ümumiyyətlə, 84 faizlik nəticə əldə olunub. Digərlərinin böyük əksəriyyəti isə özəl sektorda mövqe tutur, ailə biznesini idarə edir.  

      
Hesabatda qeyd olunur ki, məzunların 37 faizi dövlət, 47 faizi özəl, 16 faizi isə beynəlxalq müəssisələrdə çalışır. Dövlət təşkilatları sırasında Xarici İşlər, İqtisadiyyat, Təhsil, Səhiyyə, Nəqliyyat, Fövqəladə Hallar, Daxili İşlər, Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, Dövlət Neft Şirkəti, Səfirliklər, Dövlət Agentlikləri, özəl təşkilatlar sırasında isə AZAL, Banklar, mobil operatorlar və sığorta şirkətləri üstünlük təşkil edir...

           
...100-dən çox yüksək səviyyəli müəllimin çalışdığı Qərb Universitetinin 5 fakültəsində 36 ixtisas üzrə əyani və qiyabi bakalavr, magistr, doktorantura, dissertantura və əlavə ali təhsil verilir.


Faktdır və gerçəkdir. Məzunları təkcə siyasətçi, diplomat, alim deyil, həm də komanda üzvü, novator və liderdir...



Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı