Modern.az

Gəncədə dindarlar yolu bağlayıblar

Gəncədə dindarlar yolu bağlayıblar

3 Noyabr 2009, 14:44

Ölkə məscidlərində azan səsinə qoyulan qeyri-rəsmi qadağa qarşıdurmalara səbəb olub. Noyabrın 2-də günorta namazı vaxtı Gəncənin "Cümə" məscidində azanın verilməməsi bir qrup dindarın etirazına səbəb olub. Buna görə onlar məscidin yaxınlığındakı Şah İsmayıl Xətai prospektini kəsməyə cəhd göstəriblər. Məsələyə polis müdaxiləsi olub və qarşıdurma yaranıb.
Noyabrın 3-də Gəncədəki "Şah Abbas" məscidinin yaxınlığında da dindarlarla polis arasında qarşıdurma baş verib. Modern.az xəbər verir ki, bu dəfə də dindarlar azanın səsgücləndirici vasitəsilə verilməsinin dayandırılmasına etiraz ediblər. Aksiya iştirakçılarının avtomobil yolunu bağlasalar da, polis qısa zaman ərzində bunun qarşısını alıb.
Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə  azanın verilməməsi barədə göstəriş olmadığını bəyan ediblər. Göstəriş belə olub ki, azanın çox yüksək səslə verilməsi qadağandır. Yerlərdəki bəzi məmurlar isə bundan istifadə edib məscidlərə azanın ümumiyyətlə verilməməsini tapşırıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir