Modern.az

Türkiyə"Tut ağacı" ilə bağlı yanlışlığı düzəltdi

Türkiyə"Tut ağacı" ilə bağlı yanlışlığı düzəltdi

Mədəni̇yyət

7 Noyabr 2016, 11:44

Türkiyənin məşhur prodüseri və aparıcıssı Acun İlicalıya məxsusu “TV8” telekanalında yayımlanan “O səs Türkiyə”yarışmasında Azərbaycanla bağlı yanlışlığa yol verilib. 
Belə ki, bəstəsi Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya məxsus olan “Tut ağacı” mahnısı yarışmada anonim kimi təqdim olunub.

Bəstəkar Aygün Səmədzadə Modern.az-a açıqlamasında birbaşa etirazını bildirmədiyini deyib.

“Sadəcə, sosial şəbəkələrdə gedən müzakirələr onu deməyə əsas verir ki, mahnının anonim təqdim olunmasına iradlar çox olub. Amma, mahnının müəllifi olaraq birbaşa etirazımı bildirməmişəm”.


Bu gün Türkiyənin “BeyazTV” kanalında isə “Söyləməzsəm olmaz” verilişində  “Tut ağacı” mahnısına ayrıca yer ayrılıb. Yarışmada  mahnının “tut ağacı boyunca” kimi anonim təqdim olunmasının yanlışlığa yol verildiyi bildirilib. Mahnının müəllifləri dəqiq təqdim olunub.

Hətta, aparıcılar “Tut ağacı” mahnısının mərhum prezident Heydər Əliyev tərəfindən də çox sevildiyini vurğulayıblar. 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır