Modern.az

Azərbaycanlılar niyə Dumaya deputat seçilə bilmir?

Azərbaycanlılar niyə Dumaya deputat seçilə bilmir?

Hadisə

7 Noyabr 2016, 15:16

Bu ilin sentyabr ayının 18-də Rusiya Dövlət Dumasına seçkilər keçirilib. Hər zamankı kimi bu dəfə də Dumaya azərbaycanlı deputat seçilməyib. Maraqlıdır ki, Rusiya müstəqillik qazanandan bəri bir nəfər də olsun azərbaycanlı Dumada təmsil olunmayıb.  

 

10 ildən çoxdur ki, Rusiyada yaşayan, hakim “Vahid Rusiya” Partiyasının üzvü Ramin Qasımov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, bu işdə  diasporaların üzərinə məsuliyyət düşür.

 

“Bildiyiniz kimi, Rusiya dövlətində bir çox millətlərin nümayəndələri yaşayır. 450 deputatın 50%-i majoritar qaydada seçilib. Fərqi yoxdur, hansı ölkədə yaşayırsan. Əsas odur ki,  siyasətdə, ictimai həyatda aktiv olmaq lazımdır. Rusiyada yaşayan vəzifəli adamlar imkan varsa, jurnalistlərlə görüşməlidir.  Təəssüf ki, azərbaycanlılar  bunları etmirlər”.

 

Ramin Qasımov bildirib ki, azərbaycanlılar Rusiyada daha çox pul qazanmağa üstünlük verir. 

“Pul da qazanmaq, ailəni də saxlamaq lazımdır. Amma, siyasi mövqeyini də nümayiş etdirməyi bacarmalısan. Siyasətlə məşğul olmaq üçün  strateji maraq olmalıdır. Azərbaycanlılar Rusiyanın bütün regionlarında yaşayırlar. Dövlət Dumasına keçirilən seçkilərdən başqa, görün, nə qədər seçkilər olur. Şəhər, kənd seçkiləri keçirilir. Həmin seçkilərə də qatılmaq olar”

 

O, Dumada ermənilərin təmsil olunmadığını deyib.

 

“Rusiya Dövlət Dumasında erməniləri təmsil edən deputat yoxdur. Rusiya Dövlət Dumasında təmsil olunan deputatlar regionları təmsil edirlər. Konkret hansısa millət təmsil olunmur. Deputat olmaq istəyənlər, seçkilərdən qabaq Rusiya Dumasında  səy göstərməlidirlər. Onların çoxu bunu etmir. Sonra da “deputat niyə ola bilmirik” deyirlər”.

 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir