Modern.az

Nazirlik: “Təqaüdçü müəllimlərlə müqavilə  5 ildən çox uzadıla bilməz"

Nazirlik: “Təqaüdçü müəllimlərlə müqavilə  5 ildən çox uzadıla bilməz"

7 Noyabr 2016, 17:04

Təhsil Nazirliyi bəzi ümumtəhsil məktəblərində yaşı 65-dən yuxarı olan müəllimlərlə müqavilə bağlanmaması səbəblərinə aydınlıq gətirib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi və Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar əsasında həyata keçirilir:

“Son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi, elmi dərəcə və ya elmi adının olması, dövlət təltifi ilə təltif edilməsi, attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükünün 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər”.

 

Məlumatda həmçinin qeyd edilib ki, yuxarıda qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

 

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır