Modern.az

İtaliya Qarabağ probleminin həllinə öz töhfəsini verə bilər

İtaliya Qarabağ probleminin həllinə öz töhfəsini verə bilər

7 Noyabr 2016, 20:36

“Azərbaycan və İtaliya  arasında güclü və möhkəm əlaqələr var. Biz bu əlaqələrin genişləndirilməsində maraqlıyıq. Bu ay Brüsseldə Avropa İttifaqı strateji tərəfdaşlığa dair mandatı təsdiqləyəcək və biz danışıqlara başlayacağıq. Bu barədə müzakirə aparmışıq. Beynəlxalq təşkilatlarda iki ölkə daim əlaqədədir”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdən sonra bildirib.

Elmar Məmmədyarov bildirib ki, italiyalı həmkarı ilə energetika sahəsinə dair də müzakirələr aparıb: “İtaliya gələn ildən ATƏT üçlüyündə  təmsil olunacaq. Hökumətlərarası komissiyanın növbəti iclası barədə də danışdıq. Həmçinin Heydər Əliyev Fondu İtaliyada geniş layihələr həyata keçirir”.

XİN rəhbəri vurğulayıb ki, TAP üzrə işlər gündən günə artır və inanırıq ki vaxtında öz fəaliyyətinə başlayacaq.

İtaliya xarici işlər naziri Paolo Centilyoni isə Azərbaycanın İtaliya üçün enerji təminatı baxımından ön yerlərdən birini tutduğunu qeyd edib: “TAP və TANAP kimi layihələrin icrası üçün üzərimizə öhdəlik götürmüşük. Layihə yalnız Azərbaycandan qaz gətirməyəcək,  həm də bir neçə ölkə arasında əlaqə yaradacaq. Bu Avropada ən əhəmiyyətli layihə kimi qiymətləndirilir. Bu layihələr münasibətlərimizi daha da möhkəmləndirəcək. Azərbaycan iqtisadiyyatının şaxələndiriıməsi ilə bağlı ciddi layihələr var. İnanıram ki, İtaliya texnologiyaları bu sahədə ciddi təcrübə ola bilər”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Paolo Centilyoni problemin danışıqlar yolu ilə həllinin tapılmasında İtaliyanın öz töhfəsini verə biləcəyini bildirib: "Biz ATƏT-də sədrliyimiz dövründə və BMT TŞ-də qeyri daimi üzv olarkən dondurulmuş münaqişələr adlandırdığımız məsələlərlə məşğul olacağıq. İtaliya xüsusilə  Dağlıq Qarabağ məsələsində vasitəçilərin rolunu sürətləndirməyə çalışacaq".

 

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı