Modern.az

“Ermənistan tərəfi irəliləyişə hazır deyil”

“Ermənistan tərəfi irəliləyişə hazır deyil”

7 Noyabr 2016, 20:49

“Sankt-Peterburq görüşündən sonra Dağlıq Qarabağ münaqişənin həllində irəliləyiş olacağına ümid var idi. Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, hələ də Dağlıq  Qarabağ münaqişənin həllində ləngimə var”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı Paolo Centilyoni ilə keçirdiyi mətbuat konfransında bildirib.

 

XİN rəhbərinin sözlərinə görə, Ermənistan tərəfi irəliləyişə hazır deyil: “Özləri də deyirlər ki, status kvonu dəyişməyə hazır deyillər.  Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib.  İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir".

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi