Modern.az

Bərdə mübahisə bıçaqlanma ilə bitib

Bərdə mübahisə bıçaqlanma ilə bitib

7 Noyabr 2016, 22:35

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, “Report"un məlumatına görə, rayonun Gərənə kəndində iki gənc arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Kənd sakini 26 yaşlı Elvin Məmmədli həmkəndlisi 27 yaşlı Əlvan Namazovla dalaşıb. Dava zamanı üz nahiyəsindən xəsarətlər alan Əlvan Namazov Elvin Məmmədlinin sol döş qəfəsindən bıçaq zərbəsi endirib. Hər iki yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin vəziyəti kafidir.

Fakla bağlı Bərdə polisində araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir