Modern.az

Veteran vəsiqəsi verilməsində yenilik - VİDEO

Veteran vəsiqəsi verilməsində yenilik - VİDEO

7 Noyabr 2016, 23:08

Qarabağ döyüşlərində özünümüdafiə dəstələrində iştirak etmiş, amma xəsarət almamış şəxslərə də veteran adı veriləcək. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, Nazirlər Kabineti ,"Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə"də dəyişikliklər edib.

Belə vəsiqələrin bir qismi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti, digər qismi isə iştirakçının son xidmət keçdiyi qoşun növündə yaradılan komissiya tərəfindən veriləcək.

 

Vəsiqənin verilməsi üçün isə vətəndaşdan heç bir ödəniş tələb edilmir.

 

Vəsiqənin verilməsində hər hansı saxtakarlıq aşkar olunarsa, vəsiqə onu verən orqan tərəfindən ləğv edilə bilər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir