Modern.az

Paytaxtdakı dəhşətli qətlin təfərrüatları məlum olub

Paytaxtdakı dəhşətli qətlin təfərrüatları məlum olub

8 Noyabr 2016, 00:25

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən dəhşətli qətli bəzi təfərrüatları məlum olub.  Modern.az saytı xəbər verir ki, Xəzər TV-nin məlumatına görə, 26 yaşlı Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə yaşadıqları evdə mübahisə edib. Əsəblərinə hakim ola bilməyən qadın bıçaqla ərinə bir neçə zərbə vurub. Ağır xəsarət alan Şəmsi Babayev elə hadisə yerindəcə ölüb.

 

Qohumların sözlərinə görə cütlük bir neçə il əvvəl ailə qurub. Təxminən iki il əvvəl isə Gülər ana olub. Ərlə arvad tez-tez ailədaxili məsələlər üstündə mübahisələr ediblər.

 

Mərhumun yaxınları iddia edirlər ki, Şəmsi Babayevi Gülər qohumları ilə birlikdə öldürüb.

 

Hadisə ilə əlaqədar Sabunçu polisi Gülər Mirzəyeva şübəhli şəxs qismində saxlanılıb. O, ilkin ifadəsində həyat yoldaşını qətlə yetirməsini etiraf edib. Faktla bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda maddəsi ilə cinayət iş başlanılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir