Modern.az

Bakıya gələn ermənilər Xocalı abidəsini ziyarət edəcək

Bakıya gələn ermənilər Xocalı abidəsini ziyarət edəcək

Aktual

8 Noyabr 2016, 00:56

Erməni hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan yenidən Bakıya gəlib. Modern.az saytı Virtualaz.org-a istinadən xəbər verir ki, Vahan Martirosyan Vahe Avetyan və digər erməni ictimai fəallarla birlikdə Bakıdakı sülhməramlı konfransda iştirak edəcək.

 

Gözlənildiyinə görə, erməni hüquq müdafiəçiləri Bakıdakı Xocalı soyqırımı abidəsini ziyarət edəcək və abidənin önünə çiçək dəstələri qoyacaqlar.

 

Xatırladaq ki, ötən ilin sentyabr ayında hüquq müdafiəçisi və jurnalist Vahan Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə şəxsi və ailəsinin təhlükəsizliyini qorumaq məqsədilə Ermənistandan qaçaraq, Azərbaycandan siyasi sığınacaq istəmişdi. Bir neçə ay Azərbaycanda qaldıqdan sonra Vahan Martirosyan öz arzusu ilə üçüncü ölkəyə göndərilmişdi.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı